Klinika radis.az ilə əlaqə saxlayır, müqavilə imzalayır və sistemə giriş üçün öz istifadəçi adı və şifrəsini alır. Bu tamamilə onlayn və sürətli prosesdir.
Klinika öz panelindən pasientin məlumatlarını – ad, soyad, yaş, cins, müayinə növü (KT, MRT, rentgen) və göndəriş səbəbini daxil edir. Bu məlumatlar radioloqa rəy yazmaq üçün lazımdır.
Müayinə çəkildikdən sonra cihazdan çıxan DICOM şəkilləri, həmçinin JPG, PNG və ya PDF formatları sistemə birbaşa yüklənir. Klinika eyni anda birdən çox şəkil yükləyə bilər.
Bəli. Bütün şəkillər və pasient məlumatları şifrələnərək təhlükəsiz serverlərdə saxlanılır. Məlumatlara yalnız klinika və radis.az radioloqları daxil ola bilər.
Şəkillər yükləndikdən sonra bizim təcrübəli radioloqlarımız dərhal işə başlayır. Radioloq şəkli diqqətlə analiz edir, tapıntıları yazır və yekun rəyini sistemə daxil edir. Rəy adətən bir neçə saat ərzində hazır olur. Təcili hallarda xüsusi razılıqla 1-2 saat ərzində də rəy verilə bilər.
Rəy hazır olan kimi klinikanın öz panelində görünür. Klinika rəyi yükləyə, çap edə və ya pasientə təqdim edə bilər. İstəyə görə SMS və ya email bildirişi də aktivləşdirmək mümkündür.
Bütün radioloqlarımız peşəkar, sertifikatlı və təcrübəli həkimlərdir. Hər rəy tibbi standartlara uyğun hazırlanır və həkim imzası ilə təsdiqlənir.
İstənilən halda – gündəlik müayinələr, təcili hallar, ikinci rəy (second opinion) ehtiyacı, öz radioloqu olmayan klinikalar, mövcud radioloqun tətil və ya xəstəlik halında olduğu vaxtlar.
Xeyr, heç bir ehtiyac yoxdur. Radis.az bütün radioloji rəy ehtiyacını tam və peşəkar şəkildə qarşılayır. Klinika həm vaxt, həm də maliyyə baxımından qənaət edir.
Qiymət hər rəy üçün ayrıca müəyyən edilir və müayinə növündən (KT, MRT, rentgen) asılıdır. Klinika aylıq hesabat əsasında ödəniş edir – həm nağdsız, həm də nağd ödəniş mümkündür.
Bəli. İstəyən klinikaya ilk bir neçə rəy pulsuz sınaq kimi təqdim olunur ki, sistemin keyfiyyətini və sürətini yoxlasın.